Şabran rayonunda intihar hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb.
Kənd sakini, 55 yaşlı Hüseynova Sevil Lətif qızı özünü yaşadığı evin həyətində kəndirlə asıb.
Faktla bağlı araşdırma aparılır.
Tehran Orucoğlu