Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Trabzonspor"dan Altay Bayındırın transferi ilə bağlı AÇIQLAMA
"Trabzonspor" klubu "Mançester Yunayted"də çıxış edən türkiyəli qolkiperin transfer xəbərlərini yalanlayıb.
Məlumata görə, Türkiyə mediası Altay Bayındırın yeni mövsümdən etibarən "Trabzonspor" klubuna keçəcəyi ilə bağlı xəbərlər paylaşsa da, komanda rəsmiləri bunu təkzib ediblər.
"Profesional futbolçu Altay Bayındırın kulubumuza transferi ilə əlaqəli xarici və yerli mediada yayılan xəbərlər gerçək deyil. Sözü gedən futbolçu ilə komandamızın hər hansısa bir əlaqəsi yoxdur".
Qeyd edək ki, Altay Bayındır 2023-cü ildə 11 milyon avro qarşılığında "Fənərbağça"dan "Mançester Yunayted" klubuna transfer olub.
Mənbə: Fotomaç.com.tr
"Türkiyə" teqi üzrə xəbərlər
- İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı növbəti əməliyyat: 47 nəfər saxlanıldı
- Türkiyədə kişi əməliyyatdan sonra ana dilini unutdu
- Yılmaz Okuklu: "Türk dövlətlərində Türk Ticarət Mərkəzləri açacağıq"
- Ankaraya fındıq böyüklüyündə dolu yağdı
- Ece Seçkin zəlzələ zamanı yaşadıqlarından danışıb: "Parça-parça oldu"