Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ağır döyüşlərin getdiyi Vovçanskdan təxliyə: "Altı sutkadır, yata bilmirik"
Ukraynanın Xarkov vilayətinin Vovçansk rayonuna hücum edən Rusiya ordusu ilə ağır döyüşlər rayon mərkəzi və ətraf kəndlərində vəziyyəti kritik həddə çatdırıb.
"Report"un Şərqi Avropa bürosu Ukraynanın Rusiya ilə sərhədində yerləşən və hazırda ağır döyüşlərin getdiyi Vovçanskın 10 kilometrliyindəki nöqtədən sakinlərin təxliyəsində iştirak edib və fotoreportaj hazırlayıb.
Məlumata görə, bir günə cəmi 100 nəfəri çıxarmaq mümkün olub. Xilas olan şəhər sakini Lyubov İvanova "Report"a bildirib ki, vəziyyət çox ağırdır:
"Bunu yaşamayan başa düşə bilməz. Dayanmadan bombalayırlar, altı sutkadır, yata bilmirik. Hər şeyimiz orada qaldı, güclə oradan çıxa bildik".
"Ukrayna" teqi üzrə xəbərlər
- ABŞ Ukrayna məsələsində əməkdaşlıq üçün Rusiyaya nə təklif edə bilər?
- Ukrayna İsraildən insanları qorumaq üçün preparat almağa qərar verdi: Nüvə zərbəsi gözlənilir?
- ABŞ Uitkoff və Rusiya nümayəndələri arasında növbəti görüşü təşkil etmək istəyir
- Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutub
- Trampın xüsusi nümayəndəsi: "Ukrayna NATO-nun bir hissəsi olmayacaq"