Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycan boksçuları beynəlxalq turniri beş medalla başa vurublar
Azərbaycan boksçuları Rusiyanın Xabarovsk şəhərində keçirilən Konstantin Korotkov Memorialını beş medalla başa vurublar.
Bu barədə Oxu.Az-a Boks Federasiyasının Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, millinin heyətində çıxış edən Maqsud Xasmetov (60 kq) turnirin qalibi olub.
O, finalda Dilşod Abdumurodova (Özbəkistan) qalib gəlməklə Xabarovskda Azərbaycan himnini səsləndirib.
Xasmetovdan fərqli, Ruslan Rüstəmov (63,5 kq) finalda məğlub olub. Həlledici görüşdə Sandan Sandarov (Rusiya) qalib gəldiyindən boksçumuz gümüş medala yiyələnib.
Beləliklə, millimiz Memorialı bir qızıl, bir gümüş və üç bürünc medalla bitirib.
Azərbaycanlı referi Qalib Əbiyev isə yarışın ən yaxşı 5 hakimi sırasında yer alıb.
Qeyd edək ki, daha öncə Ümid Rüstəmov (57 kq), İlqar Salahov (67 kq) və Mirşərif Kazımzadə (75 kq) üçüncü yeri tutublar.
"Azərbaycan Boks Federasiyası" teqi üzrə xəbərlər
- Azərbaycan boksçuları beynəlxalq turnirdə bir qızıl və iki gümüş medal qazanıblar
- Qadın boksçumuz dünya çempionatına qələbə ilə start verib
- Azərbaycan boksçusu dünya çempionatında erməniyə qalib gəlib
- Əli İsmayılovdan boks millisinə SƏRT TƏNQİD: "Belə davam edə bilməz, məşqçi dəyişməlidir"
- Bir boksçumuz finala yüksəldi, üçü bürünc medal qazandı