Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Komanda hesabında çempion olan Azərbaycan millisi vətənə qayıdıb
Yunanıstanın Lutraki şəhərində keçirilən Avropa çempionatında 140 xal toplayaraq ilk dəfə komanda hesabında çempion olan U-15 sərbəst güləş millimiz vətənə qayıdıb.
Oxu.Az Azərbaycan Güləş Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda yığmamızı Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, idmançılar və KİV nümayəndələri qarşılayıblar.
Böyük məşqçi Namiq Quliyev tarixi uğur haqqında bunları deyib:
"Xaçmaz Olimpiya İdman Kompleksində yüksək səviyyədə təlim-məşq toplanışı keçdik. Bu da öz nəticəsini verdi. Avropa çempionatından istədiyimiz nəticə ilə qayıtdıq. Qızıl medallarımızın sayı daha çox ola bilərdi. Rəşid Nazarov (52 kq) son saniyələrdə çempionluğu əldən verdi. Komanda şəklində çempionluq qürurvericidir. Bu, hər məşqçiyə qismət olmur. Bu komanda bünövrədir. Bu uşaqlar gələcəkdə olimpiya, dünya mükafatçıları olacaqlar. Bu yolda onlara uğurlar arzulayıram".
"Azərbaycan Güləş Federasiyası" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov Avropa çempionatında uğur qazanmış güləşçilər və onların məşqçiləri ilə görüşüb
- Azərbaycanın Avropa çempionu olan yunan-Roma güləşi üzrə millisi Vətənə qayıdıb
- Mikayıl Cabbarov: "Azərbaycan güləşi dünyanın ən böyük arenalarında sözünü deməyə qadirdir"
- Azərbaycan güləşçisi ermənistanlı rəqibinə qalib gələrək finala çıxdı
- Avropa çempionu olan güləşçi: "Azərbaycanın bayrağını ucalara qaldırdığım üçün fəxr edirəm"