Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İşdən çıxarılan rəis nazirliyi məhkəməyə verdi
Ədliyyə Nazirliyi və qurumun Baş İcra İdarəsi məhkəməyə verilib.
"Qaynarinfo" xəbər verir ki, iddiaçı Rasim Əkbər oğlu Bayramovdur.
Onun iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir.
Əldə edilən məlumata görə, Rasim Bayramov penitensiar sistemdə çalışıb. O, 7 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsini icra edib.
Ötən il Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun təqdimatı, həmin vaxt ədliyyə naziri vəzifəsində işləyən Fikrət Məmmədovun əmri ilə işdən çıxarılıb. Onun işdən çıxarılması fəaliyyətində yol verdiyi nöqsanlarla bağlı olub.
Şənbə günü olduğundan məsələ ilə bağlı Ədliyyə Nazirliyi ilə əlaqə saxlamaq mümkün olmayıb.
"Ədliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Bakı Ağır Cinayətlər Məhkəmə Kompleksi tikiləcək - 26 milyon manat ayrıldı
- Bakı İstintaq Təcridxanasına giriş qaydaları DƏYİŞİB?
- Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya olunub
- Gənc hüquqşünaslar üçün qış düşərgəsi təşkil ediləcək
- Bizneslə bağlı zəruri məlumatların əks olunduğu icmal hazırlandı
Rəylər