Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri
Zəngilanda mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi üçün Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə köhnə Zəngilan şəhər məscidi əsaslı şəkildə təmir olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Fonddan məlumat verilib.
Bildirilib ki, ilkin görkəmini 70%-ə qədər itirən məscidin binası konservasiya edilib.
Yeni məscid binası düzbucaqlı plan quruluşlu, iki minarəli, üç nefli layihələndirilib. Məscid binasında 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Məscidin minarələri və günbəzi kaşı və kərpicdən yığılıb. İnteryerdə nəqqaşlıq işləri aparılıb, mehrab kaşıdan yığılmış nəbati naxışlarla işlənib. Minbər və şəbəkə elementləri təbii ağacdan hazırlanıb.
Qeyd edək ki, Zəngilanda yeni məscidin təməli şəhər işğaldan azad edildikdən sonra - 2021-ci il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub.
Məscidin görüntülərini təqdim edirik:
"Zəngilan" teqi üzrə xəbərlər
- Ermənistanda zəlzələ olub
- Qarabağda və Şərqi Zəngəzurda peşə təhsili müəssisələri ilə bağlı görülən işlər AÇIQLANDI
- Qarabağda yayılan dərman bitkilərindən 19 fəsilə və 28 cinsin itmə təhlükəsi var
- Avropa İttifaqının "müşahidəçilər"i sərhəddə yenidən fəallaşıblar
- Vətən müharibəsinin 24-cü günü: Zəngilan şəhəri və 24 kənd azadlığına qovuşur