Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
"Bizi qəbul etdiyinə görə ABŞ Sülh İnstitutuna təşəkkür edirik".
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Hörmətli iştirakçılarla Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlər və tərəfdaşlığımızın daha da inkişaf etdirilməsi, Azərbaycan üçün COP29 kimi daha qlobal və yeni xarici siyasət baxışı, iqlim və yaşıl həmrəylik gündəliyi, Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi və geoiqtisadi məkan kimi və regional əməkdaşlığın gücləndirilməsi, Orta Dəhliz, Xəzər-Qara dəniz bərpa olunan enerji dəhlizi layihəsi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və sülh gündəliyinin təşviqi, Cənubi Qafqaz regionunun transformasiyası və inteqrasiyası ilə bağlı geniş fikir mübadiləsi apardıq", - deyə Hikmət Hacıyev qeyd edib.
Thanks United States Institute of Peace @USIP for hosting us. We had broad exchange with the distinguished participants on bilatral relations between Azerbaijan and the United States and further promotion of our partnership, Azerbaijan's more global and new foreign policy vision… pic.twitter.com/jYSHhNeFAg
— Hikmet Hajiyev (@HikmetHajiyev) May 18, 2024
"Hikmət Hacıyev" teqi üzrə xəbərlər
- Prezidentin köməkçisi: "Azərbaycanın yanaşması Cənubi Qafqazda sülhün təməlini qoydu"
- Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqaz regionunda yeni status-kvo yaradıb"
- Hikmət Hacıyev Füzuli aeroportundan paylaşım edib
- Hikmət Hacıyevə ağır itki
- Pezeşkianın səfəri: Azərbaycan-İran münasibətlərində yeni dönəm