Avq
2019
15:10
46
238
12767
Virtual karabakh

Külək Bakıda “şou” göstərir - VİDEO

5 Avq, 2019
15:10
12767

Külək Bakıda “şou” göstərir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakıda əsən güclü külək bir sıra fəsadlar törədib. 

Oxu.Az xəbər verir ki, hadisələrin görüntüləri sosial şəbəkədə paylaşılıb. 

Videolarda Bakıətrafı ərazilərdə yollarda toz qatının avtomobillərin hərəkətində çətinliklər yaratması əks olunub. 

Bundan başqa, küləyin insanların küçədəki hərəkətinə mane olduğu yayılan videolardan açıq-aydın görünür.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında avqustun 5-i səhərdən 8-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s olacağı, 5-də yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.

Samir İsayev 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri