Avq
2019
22:12
11
219
3859
Virtual karabakh

Suraxanıda ağır qəza: altı nəfər yaralandı - dördü uşaqdır

5 Avq, 2019
22:12
3859

Suraxanıda ağır qəza: altı nəfər yaralandı - dördü uşaqdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suraxanıda ağır yol qəzası baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Hövsan-Türkan yolunda qeydə alınıb.

Qəza nəticəsində yaralananlar var.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

Kimlikləri müəyyənləşdirilməyən 36 yaşlı kişiyə yerində ilkin yardım göstərilib.

30 yaşlı qadın və 4, 5, 7 və 14 yaşlarında uşaqlar isə müxtəlif bədən xəsarətləri ilə 3 saylı klinik xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə 4 təcili yardım briqadası cəlb olunub.

Könül

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri