23 
Avq
2019
09:52
86
15
1944
Virtual karabakh

Taxta bazarındakı yanğında zərərçəkənlər evə buraxıldı

23 Avq, 2019
09:52
1944

Taxta bazarındakı yanğında zərərçəkənlər evə buraxıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Bakıda "Taxta bazarı" kimi tanınan ərazidə baş vermiş yanğınla əlaqədar Kliniki Tibbi Mərkəzə (KTM) çatdırılan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları artıq xəstəxanadan buraxılıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hazırda hadisə ilə əlaqədar xəstəxanalara müraciət yoxdur.

Qeyd edək ki, avqustun 22-də "Baksol" yolu yaxınlığında tikinti materialları bazarında yanğın olub. Yanğının söndürülməsi üçün əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub.

Tikinti materialları bazarındakı yanğın nəticəsində bir neçə nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Yanğın FHN-in müvafiq qüvvələri tərəfindən söndürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri