22 
Avq
2019
16:36
46
357
17048
Virtual karabakh

Bakının taxta bazarında altıdan çox obyekt yanır, digərlərinə də keçir - YENİLƏNİB + FOTO/VİDEO

22 Avq, 2019
16:36
17048

Bakının taxta bazarında altıdan çox obyekt yanır, digərlərinə də keçir - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhiyyə Nazirliyi Nərimanov rayonundakı taxta bazarının yanması ilə bağlı məlumat yayıb.

Oxu.Az xəbər verir ki, təcili tibbi yardıma çağırış saat 15:12 də daxil olub:

"Hadisə yerinə 10 təcili yardım briqadası göndərilib. Hələlik təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib. Xəsarət alanlar barədə məlumat daxil olarsa, bu barədə əlavə məlumat verəcəyik".

15:57

Bakıda taxta bazarında yanğın davam edir.

Oxu.Az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 20-dək yanğınsöndürmə maşını cəlb olunub.

Hazırda altıdan çox obyekt yanır. Yanğın yaxınlıqdakı obyektlərə də keçir.

15:28

Bakıda yanğın başlayıb.

Oxu.Az-ın məlumatına görə, yanğın Nərmanov rayonunda, Dərnəgül ərazisində yerləşən taxta bazarında baş verib.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə biriqadası cəlb olunub.

İlhamə Əbülfət, Sail Ağasəlim

VİDEO: Orxan Hüseynzadə 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri