Qaradağ rayonunda şəxsi münasibətlər zəminində baş vermiş mübahisə araşdırılır.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli Oxu.Az-a açıqlamasında bildirib ki, sosial mediada yayılan görüntülər avqustun 15-də Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində şəxsi münasibətlər zəminində baş vermiş mübahisəni əks etdirir.
O qeyd edib ki, hadisə zamanı 2005-ci il təvəllüdlü şəxsin bir nəfərə xəsarət yetirməsi faktı ilə bağlı polis əməkdaşları tərəfindən zəruri prosessual hərəkətlər həyata keçirilib.
Toplanmış materiallar əsasında Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində müvafiq istintaq hərəkətləri davam etdirilir.
Sosial mediada gənc oğlana qarşı şiddət göstərilməsini əks etdirən görüntülər yayılıb.
Oxu.Az xəbər verir ki, hadisə zamanı ətrafda olan şəxslərdən bəziləri tərəfləri ayırmağa çalışsalar da, digərləri zərərçəkmişə təpiklə zərbələr endiriblər.
Əldə etdiyimiz məlumata görə, məsələ ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.