Sumqayıtda ötən ay dənizdə batan şəxsin meyiti tapılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, 24 sentyabr 2026-cı il tarixində Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində dənizdə batan 1944-cü il təvəllüdlü Fərhad Məsim oğlu İsgəndərovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qaynar xətt:
(055) 224 12 12