26 
Avq
2019
11:08
182
30
3133
Virtual karabakh

Nazirlik yenə hərəkətə keçdi - Restoranlara məcburi göstəriş

26 Avq, 2019
11:08
3133

Nazirlik yenə hərəkətə keçdi - Restoranlara məcburi göstəriş

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ictimai-iaşə obyektlərində növbəti dəfə monitorinq keçirib.

Nazirliyin yaydığı məlumata görə, monitorinqin keçirilməsinə səbəb bəzi restoranlardan havaya tüstünün, iy-qoxunun yenidən yayılmasının müşahidə olunmasıdır.

Monitorinqlər zamanı bir sıra şadlıq sarayları və restoranlarda təmizləyici qurğuların quraşdırılmasına baxmayaraq, onlara vaxtaşırı xidmət göstərilmədiyindən havaya yenə də normadan artıq tullantı atıldığı məlum olub.

Qurğulara vaxtında texniki xidmətin göstərilməsi, filtrlərin vaxtaşırı dəyişdirilməsi üçün obyekt sahiblərinə xəbərdarlıqlar edilib, icrası məcburi olan məcburi göstərişlər verilib. 

Nazirlikdən o da bildirilib ki, ictimai-iaşə obyektlərində keçirilmiş monitorinqlərin və təmizləyici qurğuların quraşdırılması məqsədilə görülmüş kompleks tədbirlər nəticəsində artıq restoran və şadlıq saraylarının 95 faizində qurğular quraşdırılıb.

Monitorinqlər davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri