30 
Avq
2019
10:39
17
50
1782
Virtual karabakh

Müəllimlərin diqqətinə! - Seçim başa çatdı

30 Avq, 2019
10:39
1782

Müəllimlərin diqqətinə! - Seçim başa çatdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müəllimlərin işə qəbulu müsabiqəsinin əlavə yerləşdirmə üzrə vakansiya seçimi başa çatıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, 5 190 namizəd elektron ərizəsini təsdiq edərək bu mərhələdə iştirak edib.

Ərizəsini təsdiqləyən şəxslərin elektron yerləşdirilməsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.

Vakant yer tutmuş namizədlərin şəxsi səhifələrinə müsahibə mərhələsi barədə tezliklə məlumat göndəriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri