16 
Sen
2019
15:40
13
219
3549
Virtual karabakh

Maşın su kanalına düşdü, sürücü öldü

16 Sen, 2019
15:40
3549

Maşın su kanalına düşdü, sürücü öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabirabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az xəbər verir ki, hadisə rayonun Axıska kəndi yaxınlığından keçən yolda qeydə alınıb.

Saatlı rayon sakini, 1965-ci il təvəllüdlü Əliyev Nizami Bəymirzə oğlu özünə məxsus “VAZ  2106” markalı, 49 BC 802 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. 

Nəticədə, maşın yolun kənarındakı su kanalına düşüb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Ailə yaxınlarının dediyinə görə, N.Əliyev ürək xəstəliyindən əziyyət çəkib. 

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri