17 
Sen
2019
05:47
199
38
4010
Virtual karabakh

Bakıda avtomobil çuxura düşdü, sürücü şikayətçidir – FOTO/VİDEO

17 Sen, 2019
05:47
4010

Bakıda avtomobil çuxura düşdü, sürücü şikayətçidir – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəsimi rayonunda avtomobil su-kanalizasiya sistemi üçün qazılan çuxura düşüb.

Oxu.Az xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan Vaqif Babayev idarə etdiyi “BMW” markalı minik avtomobili ilə Hənifə Ələsgərov küçəsində hərəkətdə olarkən “Azərsu” ASC-nin su-kanalizasiya sisteminin təmiri üçün qazdığı çuxura düşüb. Nəticədə nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Sürücünün sözlərinə görə, qurumun əməkdaşları yolda təmir-qazıntı işləri apardıqdan sonra həmin əraziyə heç bir xəbərdaredici nişan qoymayıb. Bu səbəbdən də bir neçə avtomobil, eyni zamanda, V. Babayevin idarə etdiyi nəqliyyat vasitəsi çuxura düşərək zərər görüb.

V.Babayev həmçinin bildirir ki, həmin çuxurun olduğu hissə aydın şəkildə işıqlanmadığından küçə boyu hərəkət edən avtomobillər sözügedən çuxuru və ümumilikdə yolu rahat görə bilmir. Sürücü məsələ ilə bağlı lazımi orqanlara və eləcə də, “Azərsu” ASC-yə şikayət edəcəyini bildirir.

Kamil Əmirli, Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri