19 
Sen
2019
20:44
5
142
3537
Virtual karabakh

Zəncirvari nəqliyyat qəzası baş verdi: üç nəfər yaralandı

19 Sen, 2019
20:44
3537

Zəncirvari nəqliyyat qəzası baş verdi: üç nəfər yaralandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, Buzovna qəsəbəsində 2 avtomobilin toqquşması nəticəsində 1962-ci il təvəllüdlü Məmmədov Münasib Əhməd oğlu, 1984-cü il təvəllüdlü Bəbişov Surxay Nazim oğlu və 1987-ci il təvəllüdlü Kərimova Yeganə Yediyar qızı xəsarət alıb.

Hər 3 yaralı dərhal xəstəxanaya çatdırılıb.

M.Məmmədova döş qəfəsinin, S.Bəbişova biləyin və qolun, Y.Kərimovaya isə alının əzilmiş yarası diaqnozu qoyulub. Yaralıların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu

Hazırda zərərçəkənlərin müalicələri davam edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri