20 
Sen
2019
20:14
199
29
5105
Virtual karabakh

Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi

20 Sen, 2019
20:14
5105

Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycandilli “Vikipediya”nın idarəçisi Rüfət Rəhimov Vikimedia Fondunun qlobal idarəçisi seçilib.

Bu barədə diaspor üzrə ekspert Elnur Eltürk məlumat verib:

“Müxtəlif “viki”lərdən olan istifadəçilərin, yaxud qlobal “viki”cəmiyyətin ortaq qərarı ilə dünən müzakirə yekunlaşıb. Rüfət Rəhimovun namizədliyi tam konsensus ilə qəbul edilib. Bu hüquq stüarddan sonra “Vikipediya”da ikinci ən ciddi hüquqlardan biridir. Rüfət Rəhimov 2015-ci ildə Vikipediyada "Turkmen" istifadəçi adı ilə qeydiyyatdan keçib. O, Azərbaycandilli “Vikipediya”nın idarəçisi olmaqla yanaşı, türkməncə “Vikipediya”nın da idarəçisidir. Rüfət 4 ildir ki, “Vikipediya”da fəaliyyət göstərir. Əsasən, Azərbaycan  tarixi mövzularında məqalələr üzərində işləyir. Bir neçə məqaləsi Azərbaycandilli “Vikipediya”da “seçilmiş məqalə” statusu alıb.

1998-ci ildə anadan olan Rüfət Rəhimov hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsidir”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri