12 
Okt
2019
20:20
222
17
7910
Virtual karabakh

Qızıl payız: təbiət sarı don geyinir - FOTOREPORTAJ

12 Okt, 2019
20:20
7910

Qızıl payız: təbiət sarı don geyinir - FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təbiətin hələ tam boza bürünmədiyi, qışınsa qapıda gözlədiyi bir zamandır payız. Araşdırmalar göstərir ki, insanlar daha çox bu fəsildə xəyal qurur, arzu tutur. 

Payızda təbiət aşiqi olan insanlar bəzən hara üz tutacağını bilmir.

Paytaxtdan çox da uzaq olmayan, həm də əsrarəngiz təbiəti ilə heyrətləndirən Şamaxı rayonunda bu fəsil nağılları xatırladır.

Rayonda qonaqların ən çox gəzib-görmək istədiyi məkanlardan biri Pirqulu qəsəbəsidir. Buranın iqlimi, bitki örtüyü, heyvanat aləmi və ən əsası, tarixi abidələri gələn turistlərin diqqətini çəkir.

Yağış, saralmış yarpaqlar, gözəl təbiət mənzərələri, narın yağan yağmurdan sonra burnumuza gələn torpaq qoxusun payızın əsas “atributu”dur.

Oxu.Az Piriqulu qəsəbəsində payız mənzərələrini təqdim edir:

Rəşad Aydın

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri