12 
Okt
2019
13:00
15
202
3555
Virtual karabakh

Taksi sürücüsü sərnişini hədələyib pulunu aldı

12 Okt, 2019
13:00
3555

Taksi sürücüsü sərnişini hədələyib pulunu aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın oktyabrın 11-də saat 1 radələrində metronun “Neftçilər” stansiyasının yaxınlığında “Renault” markalı avtomobilə sərnişin qismində oturub Dədə Qorqud qəsəbəsinə getdiyini, qəsəbə ərazisində isə sürücünün onu hədələyib 120 manat pulunu aldığını bildirib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İ.Məmmədov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Suraxanı RPİ-də araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri