20 
Okt
2019
17:10
39
234
6604
Virtual karabakh

Şamaxıda qəzaya düşən alman turist Bakıya göndərildi, səfəri yarımçıq qaldı - YENİLƏNİB+FOTO/VİDEO

20 Okt, 2019
17:10
6604

Şamaxıda qəzaya düşən alman turist Bakıya göndərildi, səfəri yarımçıq qaldı - YENİLƏNİB+FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamaxıda motosiklet qəzasına düşən və qolu qırılan alman turist Bakıya göndərilib. 

Oxu.Az xəbər verir ki, Şamaxı rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilən və ilk müdaxilələr edilən Felix Antonius Bakıya, özəl xəstəxanalardan birinə göndərilib. 

Xəstəxananın həkimi Solmaz Tağıyevanın saytımıza verdiyi məlumata görə, əcnəbi qonağın ümumi vəziyyəti qənaətbəxşdir. 

Qeyd edək ki, Orta Asiyadan Azərbaycana gəlmiş almaniyalı Antonius burdan Gürcüstana, daha sonra isə Türkiyəyə getmək istəyirmiş. Ancaq gözlənilməz qəza onun səfərini yarımçıq saxlayıb. 

14:10

Şamaxıda turist qəzaya düşdü.  

Oxu.Az xəbər verir ki, hadisə rayonda fəaliyyət göstərən istirahet məkanlarının birində qeydə alınıb. 

Turist, Almaniya vətəndaşı, 1996-cı il təvəllüdlü Felix Antonius motosikletlə hərəkətdə olan zaman anidən idarəetməni itirib ve aşıb.  

O, yaxınlıqdakı insanların köməyi ilə təcili olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdilirib. 

Cərrahiyyə şöbəsinə yerləşdirilən F.Antoniusun sol qolunun sınığı, sol baldır və ayaq nahiyəsinin əzilmiş yaraları diaqnozu qoyulub. Həkimlər xəstənin vəziyyətini qənaətbəxş hesab edir.  

Faktla bağlı araşdırma aparılır. 

Rəşad Aydın

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri