Noy
2019
09:47
10
158
4228
Virtual karabakh

Bakıda bazar yaxınlığında avtobuslar toqquşdu: səkkiz yaralı

5 Noy, 2019
09:47
4228

Bakıda bazar yaxınlığında avtobuslar toqquşdu: səkkiz yaralı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən gecə Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Səhiyyə Nazirliyindən Oxu.Az-a bildirilib ki, hadisə Nizami rayonu, 8-ci kilometr bazarının yanında qeydə alınıb.

İki marşrut avtobusunun toqquşması barədə saat 22:20-də  məlumat Təcili Tibbi Yardıma məlumat daxil olub:

“Hadisə yerinə beş briqada yollanıb. Ümumilikdə səkkiz nəfər hospitalizə olunub. Onlardan dördü kişi, dördü qadındır. Bir qadın burun sümüyünün sınığı diaqnozu ilə KTM-ə, digər yeddi nəfər 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. 

Xəstəxanadan bildirilib ki, qəza ilə əlaqədar xəstəxanaya çatdırılanlara lazımi tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə buraxılıblar”.

“Kliniki Tibbi Mərkəzə çatdırılan 21 yaşlı qız da göstərilən tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb”, - deyə məlumatda qeyd edilib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri