Noy
2019
15:44
31
439
7748
Virtual karabakh

Metroda qiymət artırılacaq? - AÇIQLAMA

Yaxın gələcəkdə metroda heç bir tarif artımı gözlənilmir.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.

O bildirib ki, hazırda Bakı metrosu MDB məkanında gedişhaqqına görə ən ucuz metrodur:

“Bu gün bir sərnişin daşınma xərci 30 qəpikdir. Amma həmin vəsait sərnişinin daşınmasına çəkilən xərcin yalnız 60%-ni qarşılayır. Buna baxmayaraq, bu gün Bakı Metropolitenində qiymət artımı gündəmdə deyil”.

Metropoliten rəsmisi gələcəkdə differensial tariflərin tətbiqinin də mümkün olacağını qeyd edib:

“Bu gün “Bakı Metropoliteni” heç də uzaqmənzilli metropoliten deyil. Gələcəkdə 76 stansiyamın hamısı istismara veriləndən sonra belə bir sistemin tətbiqi çox rahatdır. Bu gün isə bunun tətbiqi əhəmiyyətsizdir”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri