14 
Noy
2019
11:08
5
223
3710
Virtual karabakh

Evlənmək istəyən 19 nəfərdə QİÇS aşkarlandı

14 Noy, 2019
11:08
3710

Evlənmək istəyən 19 nəfərdə QİÇS aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabr ayı ərzində nikaha daxil olmaq istəyən və icbari tibbi müayinədən keçən 39 nəfərdə sifilis, 19 nəfərdə isə QİÇS aşkar edilib.

Bunu Oxu.Az-a Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Direktorun bildirib ki, ötən ay ərzində ümumilikdə 12645 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib:

“365 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan beş cütlük müəyyənləşdirilib”.

Z.Əlimirzəyevanın sözlərinə görə, bu ilin on ayı ərzində nikaha daxil olmaq üçün 116263 nəfər müayinədən keçib:

“Onlardan 3018 nəfərdə talassemiya daşıyıcılığı, 251 nəfərdə sifilis, 126 şəxsdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 39 olub. 

2018-ci ildə ümumilikdə135529 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib. 4161 nəfərdə talassemiya daşıyıcılığı, 395 nəfərdə sifilis, 173 şəxsdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 58 olub”. 

“2015-ci ildən indiyədək 616076 nəfərdə qan müayinəsi aparılıb. 21253 cütlükdən birində talassemiya daşıyıcılığı, 228 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 1979 nəfərdə sifilis, 581 nəfərdə HİV1/2 (QİÇS) qeydə alınıb”, - deyə Z.Əlimirzəyeva qeyd edib.

Qeyd edək ki, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçməsi mütləq sayılır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri