18 
Noy
2019
15:12
63
342
6405
Virtual karabakh

“Mühacir alveri” məsələsi böyüyür - AXCP də növbədə...

Əziz bəzi cəbhəçilər (Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri - red), bu gündən sizin üçün də var. Birlikdə AND deyilən təşkilat yaratdığınız Fikrət Hüseynli və vitrinə qoyduğunuz Türkel Azərtürkün əməllərini nə tez unutdunuz?! Sizlə bağlı da işlər gedir, buna əmin ola bilərsiniz.

Trend-in məlumatına görə, bunu Avropada yaşayan gənc fəal Nahid Cəfərov “Müsavat” Partiyasının “mühacir alveri” qalmaqalından danışarkən deyib.

“Getdikcə həm cəbhəçilərə, həm də hər kəsə aydın olacaq ki, xalq niyə sizlərə və sizin simanızda bütün müxalifətə nifrət edir”, - o bildirib.

Xatırladaq ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın “Müsavat” Partiyasının üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan yeddi nəfər həbs edilib.

Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən altı ay müddətinə həbs-qətimkan tədbiri seçilib. “Müsavat” Partiyası funksionerləri isə hər vəchlə məsuliyyətdən yayınmağa, ictimai qınaqdan qaçmağa çalışırlar. AXCP təmsilçiləri isə “aydan arı, sudan duru” görkəmi ilə susmağa üstünlük verirlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri