19 
Noy
2019
13:59
192
66
3476
yuxarı
Siyavuş Novruzov: Bir evi beş nəfərə satırlar, məhkəmələr isə qərar çıxaranda narazı qalırlar
19 Noy, 2019
13:59
3476
192
66
Siyavuş Novruzov: Bir evi beş nəfərə satırlar, məhkəmələr isə qərar çıxaranda narazı qalırlar
Bu gün insanların ən çox narazı qaldığı sahələrdən biri məhkəmələrlə bağlıdır.
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, eyni mənzilin bir neçə nəfərə satılmasının məhkəmə qaydasında həlli əlavə problemlər yaradır.
“Bəzən görürsən ki, bir mənzili beş nəfərə satırlar. Amma məhkəmə qərar çıxarır, həmin mənzil bir nəfərə çatır. Amma digər dörd nəfər məhkəmə qərarından narazı qalır”, - deyə S.Novruzov əlavə edib.
S.Novruzov bildirib ki, bu gün əməli saleh olmayan hakimlər var, ancaq məsələlərə kompleks yanaşılmalıdır.
S.Novruzov məhkəmələrin ixtisaslaşdırılmasını da təklif edib.
Aqşin Kərimov
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək