19 
Noy
2019
21:00
156
56
4629
Virtual karabakh

Gömrükdən qaçaq siqaret keçirmək istəyəni it yaxaladı - FOTO

19 Noy, 2019
21:00
4629

Gömrükdən qaçaq siqaret keçirmək istəyəni it yaxaladı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gömrükdən qaçaqmalçılıq yolu ilə siqaret keçirmək istəyən şəxs yaxalanıb. 

DGK-dan Oxu.Az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “Mercedes-Benz 200D” markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub. 

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, kinoloji xidməti itin tətbiqi ilə avtomobilin yoxlanması zamanı arxa oturacaqların içərisində və yük yerində 14800 ədəd “King” markalı siqaret aşkarlanıb. 

Faktla bağlı araşdırma aparılır. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri