20 
Noy
2019
15:29
48
291
14168
Virtual karabakh

Murad Dadaşovun obyektində ölüm olub? - AÇIQLAMA

20 Noy, 2019
15:29
14168

Murad Dadaşovun obyektində ölüm olub? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Murad Dadaşovun sahibi olduğu "Côte d`Azur" şirniyyat evində işçinin ölümü ilə bağlı yayılan xəbərlər dezinformasiyadır.

Bu barədə Oxu.Az-a “M Group Production” şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ölən xanım şirniyyat evinin nə işçisi, nə də müştərisi olmayıb:

“Dünyasını dəyişən xanım şirniyyat evinin qarşısından keçən zaman özünü pis hiss edib. O zaman işçilər və içəridə olan müştərilər xanımın özünə gəlməsi üçün mağazaya salıb, ona yardım ediblər. Xanımın vəziyyətinin pis olduğunu gördükdən sonra təcili tibbi yardım çağırıblar. Amma təcili tibbi yardım gələnə kimi xanım dünyasını dəyişib. Mağazanın içərisində ölüm ola bilər. Ancaq bu xanımı oranın işçisi kimi təqdim etmək düzgün deyil. İnsanlıq naminə xanıma kömək ediblər”.

Qeyd edək ki, bununla bağlı ilk məlumatı axşam.az saytı yayıb.

Sevinc Yasinqızı 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri