21 
Noy
2019
03:06
6
121
2735
Virtual karabakh

Sabunçu rayonunda piyada vurulması ilə nəticələnən iki qəza baş verib - FOTO

21 Noy, 2019
03:06
2735

Sabunçu rayonunda piyada vurulması ilə nəticələnən iki qəza baş verib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən iki yol qəzası hadisəsi baş verib. 

Oxu.Az xəbər verir ki. hadisələrdən biri Maştağa qəsəbəsində qeydə alınıb. Minik avtomobili yolu keçmək istəyən 1992-ci il təvəllüdlü Miryaqubova Lamiyə Ağazeynal qızını vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona burunun sınığı diaqnozu qoyulub.

Digər hadisə isə Balaxanı qəsəbəsində baş verib. Yolu keçmək istəyən 1992-ci il təvəllüdlü Məmmədov Elşad Həmid oğlunu “Mercedes” markalı avtomobil vurub. 

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Hər iki faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. 

Kamil Əmirli, Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri