Dek
2019
09:35
118
50
3056
Virtual karabakh

Azərbaycan Lüksemburqda Xeyriyyə Bazarında - FOTO

2 Dek, 2019
09:35
3056

Azərbaycan Lüksemburqda Xeyriyyə Bazarında - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

30 noyabr-1 dekabrda Lüksemburqda 60-a yaxın ölkə nümayəndələrinin iştirak etdiyi Xeyriyyə Bazarı həyata keçirilib.

Oxu.Az-ın məlumatına görə, sərgidə hər millət öz ölkəsinə məxsus olan məhsulları satır və yığılan gəlir 70-ə yaxın xeyriyyə təşkilatına verilir. 

Lüksemburqda yaşayan həmvətənlərimizin və orada fəaliyyət göstərən “Qarabağ” Assosiasiyasının təşəbbüsü ilə sərgidə Azərbaycan da təmsil olunub.

Alov qüllələri və tarixi İçərişəhəri əks etdirən dizaynda təşkil olunmuş stendimizdə milli məhsullarımız təqdim olunub.

Meyvə, tərəvəz, mürəbbə, şərab, plov, milli şirniyyatımızın dadına baxan xarici vətəndaşlara ölkəmizin tarixi və dəyərləri barədə məlumat verilib.

Tədbir zamanı milli rəqsimizin oynanılması və tarda canlı ifa qonaqların marağına səbəb olub. 

Həmin ölkədə daimi yaşayan Emin Quliyevin verdiyi məlumata görə, Lüksemburqun Baş naziri Xavier Bettel özəl olaraq Azərbaycan stendinə baş çəkib, təamlarımızla tanış olub və məmnunluğunu bildirib. 

Həmvətənimiz bizim stendimizin sərgidə ən böyük stend olduğunu qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri