Dek
2019
10:23
58
43
9769
Virtual karabakh

Sosial kirayə evlərdə adambaşına düşən mənzil sahəsi müəyyənləşdi

Nazirlər Kabinetinin qərarı ilə sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri üzrə norma beynəlxalq standartlara uyğun olaraq 16 kvadratmetr müəyyən edilib.

Oxu.Az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, satın almaq məqsədilə təklif ediləcək kirayə evlər maksimum 25 il müddətinə təklif olunur:

“Nazirlər Kabinetinin sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi ilə bağlı qərarından sonra aydınlıq üçün bizə olan müraciətlərə əsasən qeyd etmək istərdik ki, söhbət satın almaq məqsədilə kirayə mənzil fonundan deyil, sosial kirayə əsasında yaşayış sahəsi təklifindən gedir.

Kabinet sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri üzrə normanı beynəlxalq standartlara uyğun olaraq 16 kvadratmetr müəyyən edib. Bu o deməkdir ki, yerli icra hakimiyyəti orqanları sosial mənzil təklif edən zaman ailədə adambaşına 16 kvadratmetrdən mənzil sahəsi hesablamalıdırlar.

Əgər hər hansı vətəndaşımızın bu növ sosial mənzillərə ehtiyacı varsa, o zaman yerli icra hakimiyyəti orqanlarında uçota alınmaq üçün müraciət edə bilər. Sosial kirayə müqaviləsi müddətsiz olur və növbəlilik prinsipi əsasında aparılır.

Satın almaq məqsədilə təklif ediləcək kirayə evlər isə maksimum 25 il müddətinə təklif olunur və müqavilə öhdəlikləri bitdikdən sonra mənzil kirayəçinin mülkiyyətinə verilir. Satın almaq məqsədilə kirayə mənzillərin bu ayın sonlarında satışa çıxarılması gözlənilir. Vətəndaşlar elektron ipoteka portalı və ya “ASAN xidmət” vasitəsilə müraciət edə biləcəklər”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri