14 
Yan
2020
11:31
31
120
2568
Virtual karabakh

Ukraynada qanunsuz yaşayan azərbaycanlılar tutuldu - FOTO

14 Yan, 2020
11:31
2568

Ukraynada qanunsuz yaşayan azərbaycanlılar tutuldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Kiyev şəhərində polislər bir qrup qeyri-qanuni mühaciri müəyyənləşdirib və onların saxlanma fotolarını yayıblar.

Polis əməkdaşları miqrasiya qanunlarını pozan əcnəbiləri ifşa ediblər.

Bu barədə Kiyev Milli Polis Baş İdarəsinin mətbuat xidməti “Facebook”da məlumat yayıb.

Paytaxtın hüquq-mühafizə əməkdaşları Ukraynada qanunsuz yaşayan 51 vətəndaşı müəyyən edib.

“Ukraynanın miqrasiya qanunvericiliyinin tələblərinə uyğunluğun yoxlanılması çərçivəsində 51 nəfər qanunu pozan xarici vətəndaş və vətəndaşlığı olmayan şəxslər polis tərəfindən müəyyən edilib”, - deyə məlumatda bildirilir.

Əcnəbilər arasında Azərbaycan, Tacikistan, Özbəkistan, Türkmənistan, Gürcüstan, Əlcəzair, Tunis, Liviya və Moldova vətəndaşları var.

Açıqlamaya görə, 16 xarici ölkə vətandaşı ilə bağlı protokol tərtib edilib.

Doqquz vətəndaşın ölkələrinə qayıtmaları, yeddi şəxsin Ukraynada müvəqqəti qalma müddətinin azaldılması, 10 xarici vətəndaşın isə Çerniqovski vilayətində əcnəbilərin müvəqqəti sığınacağına yerləşdirilməsi barədə qərar qəbul edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri