22 
Yan
2020
13:00
131
44
3868
Virtual karabakh

“Könüllü qonaq” Qubada - FOTO

22 Yan, 2020
13:00
3868

“Könüllü qonaq” Qubada - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsünə Quba gəncləri də qoşulublar.

Oxu.Az xəbər verir ki, adıçəkilən təşəbbüs çərçivəsində gənclər qayğıya xüsusi ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək, təmizlik işləri aparır, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradırlar.

Evi, həyət-bacanı səliqəyə salan gənclər daha sonra ev sahibləri ilə çay süfrəsi ətrafında səmimi söhbət ediblər.

Quba gəncləri bu sosial könüllülük fəaliyyətinə töhfə verərək, ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də fəal olmağa, #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri