23 
Yan
2020
09:45
10
97
6093
Virtual karabakh

Bu ərazidə qaz olmayacaq

23 Yan, 2020
09:45
6093

Bu ərazidə qaz olmayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron rayonunun bir hissəsində qaz olmayacaq.

Bununla bağlı “Azəriqaz” İB-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu gün Bakı-Sumqayıt yolunun sol tərəfində “Ekologiya” postu kimi tanıdığımız Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün yaxınlığında yolun genişləndirilməsi ilə bağlı diametri 273 mm olan mövcud orta təzyiqli qaz xətti təhlükəsiz əraziyə köçürüləcək. 

Bu işin icrası zamanı yanvarın 23-də səhər saat 10:00-dan etibarən Abşeron rayonu, Xırdalan kəndi, “Mexkalon” yaşayış massivində bir qrup abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

İşlər tamamlanan kimi qaz təchizatının tez bir zamanda bərpası təmin ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri