25 
Yan
2020
10:44
103
23
3332
Virtual karabakh

Hesablama Palatasında şöbələr ləğv edildi, yeni struktur yaradıldı

25 Yan, 2020
10:44
3332

Hesablama Palatasında şöbələr ləğv edildi, yeni struktur yaradıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hesablama Palatasında dəyişiklik olunub.

Oxu.Az-ın məlumatına görə, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş vəzifələrin icrasının təmin edilməsi və fəaliyyətin beynəlxalq təcrübədə qəbul olunmuş mütərəqqi yanaşmalara uyğunlaşdırılması məqsədilə Hesablama Palatasının strukturunda dəyişikliklər aparılaraq təkmilləşdirilib.

Cari ilin fevral ayının 1-dən qüvvəyə minəcək yeni strukturda bir sıra şöbələrin birləşdirilməsi ilə yanaşı, iki yeni struktur vahidi də formalaşdırılıb.

Səmərəlilik (perfomans) auditi ilə bağlı fəaliyyətin genişləndirilməsi məqsədilə Hesablama Palatasında Səmərəlilik auditi sektoru yaradılıb və müxtəlif istiqamətlər üzrə kənar dövlət maliyyə nəzarəti tədbirləri bu sektor tərəfindən həyata keçiriləcək.

Keyfiyyətə nəzarət və fəaliyyət risklərinin idarəedilməsi sektoru beynəlxalq standart və təcrübəyə uyğun şəkildə Hesablama Palatasının fəaliyyətinin, xüsusilə nəzarət fəaliyyətinin təşkili və risklərin araşdırılması istiqamətində fəaliyyət göstərəcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri