26 
Yan
2020
13:03
114
55
11163
Virtual karabakh

Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ

26 Yan, 2020
13:03
11163

Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həftənin ilk gününə olan hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 1-4° isti, gündüz 7-10° isti, Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacaq. 

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək. 

Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % olacaq. 

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman gözlənilir.  

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri