Fev
2020
14:38
22
167
2368
Virtual karabakh

Türkan qəsəbəsinin sakinləri: “Yolları keçmək üçün iki ayaqqabı dəyişirik”

7 Fev, 2020
14:38
2368

Türkan qəsəbəsinin sakinləri: “Yolları keçmək üçün iki ayaqqabı dəyişirik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər rayonu Türkan qəsəbəsində yollar bərbad vəziyyətdədir.

Oxu.Az xəbər verir ki, bununla bağlı qəsəbə sakinləri sosial şəbəkədə video paylaşıblar.

Video Xəzər rayonu Türkan qəsəbəsinin Üzümçülük Sovxozu adlanan ərazisində lentə alınıb. Ərazidə yaşayan sakinlər Xəzər rayon İcra Hakimiyyətindən yolların abadlaşdırılması məsələsində müraciətlərinə baxılmasını xahiş edirlər:

“Yollar çox bərbad vəziyyətdədir. Yağış yağanda yollarda iri gölməçələr əmələ gəlir. İnsanlar bu yollardan istifadə edə bilmir. Sakinlər hətta bəzən evdən çıxanda iki cüt ayaqqabı götürürlər. Palçıqlı yolları keçib asfalt yola çıxanda ayaqqabılarını dəyişirlər. Ərazidə kifayət qədər əhali yaşayır. Qəsəbənin bir hissəsində asfalt örtüyünün salınması işlərinə artıq başlanılıb. Xahiş edirik ki, bizim yollara da asfalt örtüyü çəkilsin”.

Xatırladaq ki, Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində yeni infrastruktur layihələrinin icrasına başlanılıb.

Vətəndaşların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə “Azəravtoyol” ASC tərəfindən Türkan qəsəbəsinin Üzümçülük Sovxozu ərazisində yol infrastrukturunun yenidən qurulması məqsədilə ümumi uzunluğu 2200 metr olan yolun, 450 metr hissəsinə asfalt örtüyü salınıb. 

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri