Fev
2020
13:07
15
136
3571
Virtual karabakh

Bakıda sürücülər qaydaları belə pozdular - VİDEO

7 Fev, 2020
13:07
3571

Bakıda sürücülər qaydaları belə pozdular - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda yol hərəkəti qaydalarına məhəl qoymayan avtomobillərin sürücüləri kameraya düşüb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb. 

Görüntülər Bakının Binəqədi rayonunda qeydə alınıb. 

Videonun birinci hissəsində üç avtomobil üfüqi nişanlama xəttinin tələblərini pozaraq, qarşı yola çıxıb və qarşıdan gələn avtomobillərə təhlükə yaradıb. 

İkinci hissədə isə avtomobil qoşa xəttin tələblərini pozaraq, dönmə əməliyyatını yerinə yetirib. Bu zaman sürücü qarşıdan gələn avtomobilləri belə nəzərə almayıb. 

İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində qeyd edilir ki, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11-ci üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə sürücü 100 manat, 4 bal cərimə edilir.

Həmin görüntüləri təqdim edirik:

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri