Fev
2020
10:31
17
170
4248
Virtual karabakh

“Azərişıq”dan məntəqələrdə işığın sönməsi xəbərinə REAKSİYA

9 Fev, 2020
10:31
4248

“Azərişıq”dan məntəqələrdə işığın sönməsi xəbərinə REAKSİYA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gecə saatlarında baş verən güclü külək səbəbindən bir neçə Bakıətrafı kənd və qəsəbədə elektriklə bağlı problem yaranıb. 

Bu barədə Qafqazinfo-ya sakinlər məlumat verib.

Bildirilib ki, Mehdiabad qəsəbəsində işıq olmadığından vətəndaşlar 45 saylı Abşeron seçki dairəsində qaranlıqda səs vermək məcburiyyətində qalıblar.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev açıqlamasında deyib ki, gecə baş verən güclü külək nəticəsində 2-ci Qobu elektrik xəttində qəza baş verib. Bu səbəbdən Mehdiabad qəsəbəsi və Məhəmmədi kəndinin bəzi ərazilərində işığın verilməsində fasilələr yaranıb:

“Artıq qəza aradan qaldırılıb, gün sonuna kimi bütün ərazilərdə elektrik enerjisinin verilməsi bərpa olunacaq. Küləyin sürəti yüksək olduğundan əməkdaşlar rahatlıqla işləyə bilmir. Buna baxmayaraq, gücləndirilmiş iş rejimində işləyirik və hər cür texnikamız var. 

Hövsanda Qum adası deyilən ərazidə də hava xətlərində kiçik problemlər yaranıb və bu səbəbdən Suraxanı və digər qəsəbələrin bəzi ərazilərində elektrik enerjisinin veilməsində fasilə yaranıb, problem qısa müddətdə aradan qaldırılacaq”. 

T.Mustafayevin sözlərinə görə, hazırda regionlarda hər hansı problem müşahidə olunmur:

“Qabaqlayıcı tədbirlərimiz öz nəticələrini verir, təşkilatçılıq yüksək səviyyədədir. Dağətəyi rayonlara güclü qar yağsa da, hələlik elektriklə bağlı problem yaranmayıb.

199 çağrı mərkəzimiz də aktiv fəaliyyət göstərir. Fərdi qaydada gələn zənglərə belə diqqətlə yanaşılır”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri