17 
Fev
2020
14:55
134
16
1993
Virtual karabakh

Yeddi atılmış körpəni polis uşaq evinə təhvil verdi

17 Fev, 2020
14:55
1993

Yeddi atılmış körpəni polis uşaq evinə təhvil verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2019-cu ildə polis tərəfindən tapılan 46 atılmış uşaq sosial sığınacaqlara yerləşdirilib, yeddi atılmış körpə tərəfimizdən tapılaraq, uşaq evlərinə təhvil verilib”.

Bunu Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. 

Onun sözlərinə görə, küçə uşaqları ilə bağlı vəziyyət polisin diqqətində olan məsələdir: 

“Tərəfimizdən atılmış uşaq aşkar edildikdə dərhal bu məsələ ilə bağlı araşdırma başlayır. Uşağın mənsub olduğu ailə öyrənilir. Ailə olmadıqda isə profilaktiki qeydiyyata alınaraq, müvafiq sığınacaqlara yerləşdirilir. Bu məqsədlə ötən il Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) İctimai Təhlükəsizlik İdarəsi və ərazi polis orqanları tərəfindən 573 reyd təşkil olunub. Tapılan 46 uşaq sosial sığınacaqlara yerləşdirilib. Eləcə də yeddi atılmış körpə tərəfimizdən tapılaraq, uşaq evlərinə təhvil verilib”.

“Uşaq hüquqlarının qorunmasında risk qrupuna daxil olan, yaxud münaqişəli ailələrdə olan azyaşlıların mühafizəsinə həssas yanaşırıq. Uşaq hüquqlarının pozulmasının qarşısının alınması ilə yanaşı, onların təhsilə cəlb edilməsi, ailələrlə profilaktiki söhbətlərin aparılması fəaliyyətimizin tərkib hissəsidir.

Bakı şəhər BPİ-nin İctimai Təhlükəsizlik İdarəsi və ərazi polis orqanları tərəfindən orta ümumtəhsil ocaqlarında ötən il azyaşlıların profilaktikası, maarifləndirilməsinə dair 468 müxtəlif məzmunlu görüşlər keçirilib”, - deyə E.Hacıyev qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri