20 
Fev
2020
12:46
21
180
6242
Virtual karabakh

Bakıda milyonlarla manata torpaq satılır - SİYAHI + FOTO

20 Fev, 2020
12:46
6242

Bakıda milyonlarla manata torpaq satılır - SİYAHI + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qiyməti milyonlarla manata olan torpaq sahələri satılır. 

Oxu.Az xəbər verir ki, bununla bağlı əmlak alqı-satqı saytlarında elanlar yerləşdirilib. 

Apardığımız araşdırma zamanı məlum olub ki, paytaxtda ən baha torpaq sahəsi Nəsimi rayonunda yerləşir. 130 sot sahəsi olan əmlak 22,1 milyon manata satılır. 

Nizami rayonu “Qara Qarayev” metrostansiyası yaxınlığında yerləşən 400 sot torpaq sahəsi isə 16 milyon manata təklif olunur.

Ümumi sahəsi 100 sot olan və Tbilisi prospektində yerləşən torpaq 15 milyon manata satışa çıxarılıb. 

Bakıxanov qəsəbəsində yerləşən 25 sot torpaq sahəsi 14 milyon manata satılır. Bu əmlakın dəyərini bahalaşdıran isə həmin torpaqda tikilən 11 obyektdir. 

Yasamal rayonu, Mətbuat prospektində 12 milyon manata torpaq sahəsi satılır. Əmlakın ümumi sahəsi 110 sotdur.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri