22 
Fev
2020
22:27
15
289
6889
Virtual karabakh

Ucarda ağır yol qəzası: Bir ölü, dörd yaralı - VİDEO

22 Fev, 2020
22:27
6889

Ucarda ağır yol qəzası: Bir ölü, dörd yaralı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ucarda baş verən yol qəzasında bir nəfər ölüb, dörd nəfər xəsarət alıb. 

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1964-ci il təvəllüdlü Bakı şəhər sakini Qarayev Eldar Tofiq oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobili Türkiyə vətədaşının idarə etdiyi TIR-la toqquşub.

Nəticədə Bakı şəhər sakinləri - sürücü Qarayev Eldar Tofiq oğlu, sərnişinlər - Qarayeva Fatimə Sabir qızı, Qarayev Sahib Eldar oğlu, Əliyeva Kamalə Sabir qızı və Gürcüstan vətəndaşı Qərəkməzli Namiq Vahid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alanlardan biri - Qərəkməzli Namiq Vahid oğlu vəziyyəti ağır olduğu üçün həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri