25 
Fev
2020
09:13
207
18
7142
Virtual karabakh

Azərbaycanda koronavirusa görə orta məktəblərdə kütləvi tədbirlər məhdudlaşdırıldı - FOTO

25 Fev, 2020
09:13
7142

Azərbaycanda koronavirusa görə orta məktəblərdə kütləvi tədbirlər məhdudlaşdırıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Təhsil Nazirliyi respublikanın rayon və şəhər təhsil şöbələrinə (idarələrinə) koronavirusla bağlı müvafiq tapşırıqlar verib.

Oxu.Az-ın məlumatına görə, tapşırığı Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov imzalayıb.

Nazirliyin tapşırığında bildirilib ki, son vaxtlar yaxın xaricdə koronavirusla bağlı yayılan xəbərlər ölkənin ümumi təhsil müəssisələrin sanitar-epidemioloji vəziyyətə həssas yanaşma tələb edir.

Bu baxımdan, tabeliyinizdəki ümumi təhsil müəssisələrində tibbi-profilaktik şəraitə dair qabaqlayıcı tədbirlərin görülməsinə zərurət yaranıb.

Qeyd olunan vəziyyət nəzərə alınaraq aşağıda göstərilən tədbirlərin görülməsi tapşırılıb.

Həmin tədbirlər aşağdakılardır:

- Ümumi təhsil müəssisələrində tibbi-profilaktik tədbirlərlə bağlı məktəb kollektivi, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsi,

- Ümumi təhsil müəssisələrində şagirdlər arasında respirator xəstəliklərin əlamətlərinin olub-olmamasına dair baxışın keçirilməsi, belə əlamətlər müşahidə olunduqda, bu şagirdlərin ambulator müalicəyə yönləndirilməsi,

- Ümumi təhsil müəssisələrində tibb otaqlarının (olduğu təqdirdə) zəruri tibbi ləvazimatlarla təchiz olunmasına nəzarətin artırılması,

- Ümumi təhsil müəssisələrinin dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunmasına nəzarətin artırılması,

- Ümumi təhsil müəssisələrində aidiyyəti qurumlar tərəfindən sanitar-epidemioloji işlərin aparılmasına şəraitin yaradılması,

- Ümumi təhsil müəssisələri tərəfindən təşkil olunan kütləvi tədbirlərin məhdudlaşdırılması.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri