29 
Fev
2020
09:07
11
128
2928
Virtual karabakh

Bakıda sürücü idarəetməni itirdi, çırpıldığı maşını aşırdı - VİDEO

29 Fev, 2020
09:07
2928

Bakıda sürücü idarəetməni itirdi, çırpıldığı maşını aşırdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az-ın məlumatına əsasən, qəza Mehdi Hüseyn küçəsində qeydə alınıb. 

Sözügedən küçə ilə hərəkətdə olan “Mercedes” markalı minik maşınının sürücüsü Bağırov Elxan Ramil oğlu qəfil idarəetməni itirib. Nəticədə, yolun kənarında hərəkətsiz vəziyyətdə dayanmış Muradov Hünər Razət oğluna məxsus “VAZ2104” markalı nəqliyyat vasitəsinə çırpılıb. 

Zərbənin təsirindən “VAZ2104” aşıb və yanacaq çəni zədələndiyindən ətrafa benzin dağılıb.

Baş verə biləcək hadisənin qarşısını almaq məqsədilə dərhal əraziyə FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. 

Yola dağılmış yanacaq yuyulub. Hadisənin təfərrüatı araşdırılır.

Vüqar Ağayev 
Tapdıq Afətoğlu 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri