Mar
2020
23:20
351
33
7792
Virtual karabakh

Azərbaycanlı vəkil beynəlxalq mükafat aldı: Mayk Pompeo təqdim etdi, Melaniya Tramp nitq söylədi - FOTO

4 Mar, 2020
23:20
7792

Azərbaycanlı vəkil beynəlxalq mükafat aldı: Mayk Pompeo təqdim etdi, Melaniya Tramp nitq söylədi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün ABŞ Dövlət Departamenti azərbaycanlı vəkil Şəhla Hümbətovanın “Cəsarətli qadınlar” illik mükafatının (IWOC)  on iki qalibindən biri olduğunu elan edib.

Oxu.Az xəbər verir ki, ona mükafatını ABŞ Dövlət katibi Mayk Pompeo təqdim edib və ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp onu təbrik edib.

Qeyd edək ki, mükafat 2007-ci ildən təqdim edilir. Mükafat bütün dünyada  sülh, ədalət, insan hüquqları, gender bərabərliyi, qadınların hüquq və imkanlarının artırılması uğrunda mübarizədə çox vaxt  risk və təhlükəyə məruz qalaraq müstəsna cəsarət və liderlik nümayiş etdirən qadınlara verilir.

Şəhla Hümbətova 2013-cü ildən vəkil kimi çalışır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri