23 
Mar
2020
18:31
216
32
1501
Virtual karabakh

Bakı Modern Təhsil Kompleksi koronavirusla mübarizəyə 100 min manat ayırdı

23 Mar, 2020
18:31
1501

Bakı Modern Təhsil Kompleksi koronavirusla mübarizəyə 100 min manat ayırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkənin aparıcı təhsil müəsissələrindən biri Bakı Modern Təhsil Kompleksi ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərə qoşulub.

Kompleks koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına səs verərək, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat vəsait köçürüb.

Bakı Modern Təhsil Kompleksi cəmiyyətimiz qarşısındakı məsuliyyətini dərk edir və dövlətimizin koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, iqtisadiyyatımıza və vətəndaşlara mənfi təsirini azaltmağa yönəlmiş bütün tədbirlərini dəstəkləyir.

ВМТK (Bakı Modern Təhsil Kompleksi) 2012-ci ildən BMM (Bakı Modern Məktəbi) kimi fəaliyyətə başlayıb. Bu gün BMTK şagird və valideynlərin etimadını qazanaraq ölkəmizdə öndə gedən böyük bir Kompleksə çevrilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri