26 
Mar
2020
11:23
173
31
4127
Virtual karabakh

51 nömrəli marşrut xəttinin istismarçısına xəbərdarlıq edildi - VİDEO

26 Mar, 2020
11:23
4127

51 nömrəli marşrut xəttinin istismarçısına xəbərdarlıq edildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“51 nömrəli müntəzəm marşrut xəttinin istismarçısına xəbərdarlıq edilib”.

Bu barədə Oxu.Az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev sözügedən marşrut xəttində hərəkət edən avtobuslarda dispenserlərin olmaması ilə bağlı sosial şəbəkədə yayılan görüntülərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu fotolar bir neçə gün əvvəl çəkilib:

“Sosial şəbəkədə paylaşılan görüntülərə dərhal reaksiya verilib. Belə ki, görüntülər yayıldıqdan sonra 51 nömrəli müntəzəm marşrut xətti üzrə müvəqqəti istismarçı “BUS Trans” şirkətinin məsul nümayəndəsi Xəlil Abbasova xəbərdarlıq edilib. Qısa zamanda bu məsələ həllini tapıb. Artıq həmin xətt üzrə hərəkət edən avtobuslarda da əllərin dezinfeksiyası üçün dərman məhlulları kiçik həcmli dispenserlərdə qoyulub”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri