Apr
2020
10:09
136
37
1818
Virtual karabakh

Qovaq ağacı kəsdi, cinayət işi başlandı

2 Apr, 2020
10:09
1818

Qovaq ağacı kəsdi, cinayət işi başlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Oğuz rayonu Xaçmazqışlaq kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat araşdırılıb. 

Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı qovaq ağacının kəsildiyi və təbiətə 8400 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. 

Araşdırma zamanı ağacın Qəbələ rayon sakini İlqar İslamov tərəfindən kəsildiyi məlum olub.

Faktla bağlı akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Oğuz Rayon Prokurorluğuna göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri